Xəbər verdiyimiz kimi, bu gün Şuşanın işğalından 25 il ötür.

Unikal.org xəbər verir ki, Əməkdar artist Cabir İmanov Şuşanın işğalı ilə bağlı təəssüratlarını bölüşüb.

O, Şuşa dağlarında çəkilmiş uşaqlıq fotosunu paylaşaraq bunları yazıb:

"Bu gün Şuşanın işğalından 25 il ötdü. Bu 25 ildə sənin gözəlliyini, irimiqyaslılığını, təbiyətini, havanı, təravətini ancaq xəyallarda duydum. Evimizin nəhəngliyini, ölçülərinə görə yox, orada hər yay yaşayan böyük ailəmizə, ailə münasibətlərinə, səadətə, babamın evinə gələn çoxsaylı qonaqlarına, həmin evdə bəslənən gözəl musiqi əsərlərinə, qohum və qonşularımızla inanılmaz mehribançılığa görə hər zaman dərk eləmişəm. Şuşanı itirdikdən sonra ailə üzvlərimizin təbəssümü belə dəyişildi. Ələlxüsus də babamız Süleyman Ələsgərovun. Biz Bakıda doğulub sonra Şuşanı görüb sevmişik. Amma babam Şuşada anadan olmuşdu və Şuşasız özünü təsəvvür etmirdi. Nəinki özünü, Şuşanı Azərbaycansız, Azərbaycanı da Şuşasız. 25 il ötdü. 25 il. Bir igidin ömrü. Nə isə... Hər halda, nə olur olsun, səni azad edəcəyik. Öz yurdumuzda yurdçu olacayıq. Səni bu görməmiş, alçaq, oğru və biqeyrətlərin əlindən qurtaracağıq. İnşallah.big.az

Cabir İmanov: "Səni biqeyrətlərin əlindən qurtaracağıq!" - FOTO