Moskvada mərc oyunu nəticəsində mənzilini itirən polis iş yerində xidməti silahı ilə intihar edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, o, "Real Madrid"in "Bavariya" ilə matçda qalib gəlməsinə mərc edib. Qarşılaşma onun yazdığı hesaba uyğun olmayıb və polis evsiz qalıb. 

Bundan sonra 38 yaşlı gizir Nikolay R.-nin meyiti tapılıb.

Polisin mərc oyunlarına aludə olduğu və böyük məbləğdə pul itirdiyi deyilir. O, pulunu qaytarmaq üçün mənzili girov qoyub, həm də aldığı məbləği itirib.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında "Bavariya" - "Real Madrid" matçı 2:2 hesabı ilə başa çatıb.

Ağarza Elçinoğlu