Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və “Heydər Əliyev prospekti 10” ünvanı üzrə ərazi partiya təşkilatının (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində Ulu Öndərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderə dərin hörmət və ehtiram ifadə olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkərlar Komitəsinin rəhbəri Telman Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıblar. Ulu Öndərin şah əsəri – müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsinin bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf etdiyi qeyd olunub.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs təşəkkürnamə ilə təltif olunub, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.