Şotlandiyanın keçmiş maliyyə naziri Con Svinni yeddinci Baş nazir seçilib. 

"Unikal" xəbər verir ki, Şotlandiya parlamentinin üzvlərinin ona səs verməsindən sonra Svinni ötən həftə istefa verən Həmzə Yusafın yerinə keçib.

Svinninin yaxın vaxtlarda kabinetinin tərkibini açıqlayacağı gözlənilir.

Svinni 64 deputatın, onun ən yaxın rəqibi Şotlandiya Mühafizəkarlar Partiyasının lideri Duqlas Ross isə 31 deputatın dəstəyini qazanıb.