Astroloqlar 8 may 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç: 
Bu gün maliyyə imkanlarınızı artırmaq üçün təşəbbüs göstərəcəyiniz gün olacaq. Bir şeyi qiymətləndirmək, qiymət təyin etmək və ya alqı-satqı ilə məşğul olmağınız lazım gələ bilər.

Buğa:
Bu gün ilin ən gözəl günüdür. Həm fiziki, həm də mənəvi cəhətdən özünüzü yaxşı hiss edəcək və həyatınızda yaxşı fürsətlərlə qarşılaşacaqsınız.

Əkizlər:
Bir az dincəlməyə ehtiyacınız ola bilər. Həyatınızda indiyə qədər etdiyiniz bütün işlərin nəticəsini ala biləcəyiniz bir gün olacaq.

Xərçəng:
Dostlarınızla ünsiyyət qurmaq və görüşmək istəyə bilərsiniz. Eyni zamanda başqa ölkəyə getmək, səfərlər kimi məsələlər də gündəminizdə olacaq.

Şir: 
Bu gün sizi xoşbəxt hiss edəcək və karyeranızla bağlı əminlik yaradacaq məsələlər gündəminizdə olacaq.

Qız: 
Gün ərzində təhsil və səyahətlərdə yeni başlanğıclar edə bilərsiniz.

Tərəzi: 
Bu gün ortaqlıq və həyat yoldaşınızdan qazanc baxımından çox şanslı olacaqsınız. Münasibətlərlə bağlı bəzi gərginliklər yarana bilər.

Əqrəb: 
Həyat yoldaşınız barəsində özünüzü yaxşı hiss etdirəcək inkişaflar ola bilər.

Oxatan: 
Bu gün gündəlik işləriniz və iş həyatınızla bağlı məsələlər gündəminizdə olacaq.

Oğlaq: 
Sevgi və uşaqlarla bağlı özünüzü yaxşı hiss etdirəcək inkişaflar ola bilər. 

Dolça:
Gün ərzində ailənizlə birlikdə olmaq, onlarla birlikdə uşaqlığınız haqqında düşünmək və keçmişi xatırlamaq istəyə bilərsiniz.

Balıqlar:
Yaxın ətrafınızla bağlı inkişaflar bu gün sizi sevindirəcək. Anlaşma və ya müqavilə bağlamaq məsələləri gündəminizdə olacaq.

Zərifə Nağıyeva