“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. 

"Unikal" xəbər verir ki, finala Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq keçə bilib. 

Azərbaycan, Polşa, Avstraliya, Moldova, İslandiya müsabiqdə mübarizəni dayandırıb.

*** 23:03

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

"Unikal" xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edir.

Onlar səhnəyə 12-ci çıxacaqlar.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.