"Yeşilçam" ulduzu Hülya Koçiyitin kürəkəni Ender Alkoçların biznesi çöküb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, 75 illik "Alkoçlar Otel" şəbəkəsi müflis olub.

Yüksək inflyasiya və artan xərclər iş adamını bütün otel filiallarını bağlamağa məcbur edib. 

Məhkəmə şirkətin müflis olması barədə qərar çıxarıb. İflas qərarı ilə şirkətin ləğvi başlanıb. 

Qeyd edək ki, "Alkoçlar Otel"in Bursa Uludağ, Bodrum və Antalyada 10-dan çox filialı var idi.