"Şou-biznesdə o qədər min oyundan çıxırlar ki... Özlərini tapa bilmirlər.

Unikal.org-un məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Bu bizik, Toliklə verilişində deyib.

Tolik şou-biznes nümayəndələri haqda qalmaqallı açıqlama verib:

"Müğənnilərimiz yanlarında oğlan gəzdirirlər. Soruşanda, yalandan bir gün dostum, səhəri dayımoğludur deyir.

Tolik Rəqsanə və Xatun qalmaqalına da münasibət bildirib:

"Heç bir müğənni deməsin ki, kişi olan məclisə getmirəm. Hansı müğənni hara gedir bilirəm. Onları məclisdə kişi də qucağına alır... Kişilərin qabağında rəqs edirlər, başlarına pul da tökürlər. Yalandan efirdə danışmayın. Ona mən də, sizi qucağına alan kişi də baxır.