Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyuən, 1950-ci il təvəllüdlü Elsevər Məmmədov kombaynın aşması nəticəsində texn ikanın altında qalaraq ölüb.   

Faktla bağlı araşdırma aparılır.