Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan açıqlayıb. 

"MSK siyasi debata girmir, onunla bağlı heç bir tədbir görmür. Bizim üçün əsas hüquqi prosesdir, deyək ki, parlamentdə belə bir qərar veriləcək. Seçki sistemi hər zaman seçkiləri təşkil etməyə hazırdır. Seçkilərin olması qərara alındıqda, seçki sistemi dərhal öz funksiyalarını yerinə yetirməyə başlayacaq", - deyə sədr qeyd edib. 

Xatırladaq ki, Azərbaycanda da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hazırlıq görülür. 

Ağarza Elçinoğlu