CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun keçmiş Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarı təhqir etdiyi iddiası ilə bağlı məhkəməsi keçirilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul 51-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda Kamal Kılıçdaroğlunun vəkili iştirak edib.

"Dövlət məmurunu vəzifə borcuna görə təhqir etmək" ittihamı ilə məhkəməyə verilən Kılıçdaroğlunun 2 il 4 aya qədər həbs istənilib. 

Müvəqqəti qərarını elan edən məhkəmə müttəhimin vəkilinə rəyi müdafiə etmək üçün vaxt verərək, iclası mayın 30-na təxirə salıb.

Gülayə Mecid