Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

BDU-nun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağstafada avtomobil ağaca çırpılıb. Nəticədə 2005-ci il təvəllüdlü Məmmədov Murad dünyasını dəyişib. Həmçinin, qəza nəticəsində 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nürəddin oğlu və 2003-cü il təvəllüdlü Hüseynov Sənan Cavanşir oğlu xəsarət alıb.