Uzun illərdir mübarizə apardığı Lyme xəstəliyindən əziyyət çəkən Bella Hadid modelliyə ara verib. 

"Unikal" xəbər verir ki, bu gün podiumaların ən çox axtarılan modellərindən biri olan Bella sənətinə ara verməsinin səbəbini açıqlayıb. 

"10 illik modellikdən sonra anladım ki, karyerama o qədər enerji, sevgi və səy sərf edirəm,  lakin bunun qarşılığını görmədiyimi fərqinə vardım. Birinci dəfədir ki, saxta üz taxmıram. Özümü yaxşı hiss etmirəmsə, çölə çıxmıram. Özümü yaxşı hiss etmirəmsə, özümə vaxt ayırıram. Və əvvəllər bunu etmək və ya demək imkanım olmayıb”,-deyə o əlavə edib.

Zərifə Nağıyeva