Ağstafa RİH başçısı Seymur Orucov Vurğun qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.  

"Unikal" xəbər verir ki, Seymur Orucovun başçılığı ilə Vurğun qəsəbə tam orta məktəb binasında keçirilən qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsidə ölkəmizdə, o cümlədən Ağstafa rayonunda icra olunan silsilə tədbirlər, ağacəkmə aksiyaları haqqında məlumat verib.  Qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un 2024-cü ildə bütün dünya ölkələri tərəfindən Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.