Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.


Faktla bağlı araşdırmalara başlanılıb.