Gəncədə şagirdi bıçaqlayan şəxs tutulub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R.İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki  hadisə  məktəbdən kənar saat 3 radələrindən baş verib.

*** 19:47

Gəncədə məktəbli bıçaqlanıb.

"Unikal"ın məlumatına görə,  hadisə şəhərdə  yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin şagirdi 2008-ci il təvəllüdlü Raul İbrahimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov