Üç İsrail raketi İraqa düşüb.

"Unikal" xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Əl Hurra telekanalı məlumat yayıb.

"İsrailin iki raketi İranla həmsərhəd Vasit əyalətinə, digəri isə Bağdadın cənubundakı Əl-Lətifiyyə bölgəsinə düşüb", - mənbə bildirib.

Qeyd olunur ki, raketlərin düşməsinin səbəbi, ehtimal ki, texniki nasazlıq olub.
Amerika mediasının məlumatına görə, cümə günü gecə İsrail İrandakı hədəflərə “məhdud” cavab zərbəsi endirib. Partlayışların İsfahan şəhəri yaxınlığında baş verdiyi bildirilir. Zərbə İranın İsrailə geniş raket hücumu həyata keçirməsindən təxminən bir həftə sonra edilib.