Rusiyanın İrkutsk vilayətində sərt eniş etmiş sərnişin təyyarəsinin qara qutularından biri tapılıb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, L-410 sərnişin təyyarəsi sentyabrın 12-si Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir. 12 nəfər isə xəsarət alıb.