Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur.

V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.