Şabran rayonunda yol qəzası baş verib. 

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.