Bakıda əcnəbi vətəndaş avtomobil qaçırıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdaərsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da saat 6 radələrində Sulutəpə qəsəbəsinin ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırılmasını bildirib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb.