Kürdəmirdə oğurluq edən şəxs tutulub.

Unikal.org report-a istinadən xəbər verir ki, iyulun 11-də Kürdəmir şəhəri M.Qasımov kücəsindəki evlərdən birində yaşayan 1971-ci il təvəllüdlü Bağıyeva Simuzər Əli qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyulun 7-dən 11-dək Bakı şəhərində olmasını, yaşadığı ünvana qayıdarkən evindən dəyəri 193 manat olan "HP markalı notebukunun və 20 manat dəyərində olan suvenir qılıncının naməlum şəxs(lər) tərəfindən oğurlanmasını bildirib.

Kecirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Kürdəmir şəhəri H.Əliyeyev prospekti ev 5-də qeydiyyatda olan və yaşayan 1989-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Məmmədov Məhəmməd Əfqan oğlunun törətməsi müəyyən olunub.

Hadisə zamanı evdən oğurlanmış bir ədəd "HP" markalı notebook və bir ədəd suvenir qılıncın iş ücün sübuti əhəmiyyəti nəzərə alınaraq Məhəmməd Məmmədovun satmış olduğu şəxslərdən müəyyən edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.