Rusiya Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə Ermənistan-Aİ-ABŞ konfransı çərçivəsində hərbi-siyasi razılaşmaların əldə olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatı şərh edib. 

"Unikal" xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. 

O, qeyd edib ki, əvvəllər rəsmi İrəvan açıq şəkildə bildirib ki, Qərblə əməkdaşlıq üçüncü ölkəyə qarşı deyil: "Bütün bunları nəzərə alaraq, bu məlumatla bağlı Ermənistan səlahiyyətlilərindən dəqiq cavab gözləyirik. Eyni zamanda, Ermənistanda Rusiya hərbi bazasının və sərhəd mühafizəsinin ABŞ, Aİ, NATO mütəxəssisləri ilə dəyişdirilməsini nəzərdə tutan “Ermənistanın müdafiə və təhlükəsizlik dayanıqlığının yaradılması” adlı sənəddə təqdim olunan planlar - Aİ və ABŞ tərəfindən Ermənistanın sərhədyanı ərazilərində Azərbaycan və İrana qarşı əməliyyatların genişləndirilməsi, həmçinin Ermənistanın mühüm infrastrukturlarının və enerji sisteminin istiqamətinin dəyişdirilməsi, o cümlədən Metsamor Atom Elektrik Stansiyasının sökülməsi ortaya çıxsa, təəccüblənməyəcəyik". 

Ağarza Elçinoğlu