Goranboyda piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon  Borsunlu kəndindən  keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan  minik maşını yolu keçmək istəyən piyada  rayon Rəhimli kənd sakini Rəşid Böyükkişyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən  hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

*** 20:13

Goranboyda yol kənarında naməlum kişi meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, meyit Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində tapılıb.

Orta yaşlı kişinin kimliyi və hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov