İndoneziyanın Ruanq dağında yenidən vulkan püskürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyadakı Vulkanologiya və Geoloji Təhlükənin Azaldılması Mərkəzi vulkana ən yaxın olan Taqulandang adasının sakinlərinə sunaminin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İndoneziya Sakit Okean Atəş Halqası adlanan ərazidə, yüksək seysmik aktivlik zonasında yerləşir. "Ruanq" İndoneziyada 130-a yaxın aktiv vulkandan biridir.

Zərifə Nağıyeva