Mingəçevirdə mağazaya hücum edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidməti Şəki Regional  Qrupunun bsş inspektoru polis kapitanı Mahir Məsimov "Unikal"a bildirib ki, içkili vəziyyətdə mağazaya daxil olaraq orada arzuolunmaz davranış sərgiləyək mağazanı bərbad vəziyyətə salmaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparıllr. 

Ehtiram Muradov

XXX

20:52

Mingəçevirdə içkili vəziyyətdə keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn kişi obyektin altını üstünə çevirib.

"Unikal"ın məlumatına görə hadisə Günəşli yaşayış massivində yerləşən “Şərab evi” mağazasında baş verib. Keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn içkili kişi ilkin məlumata görə orada  mübahisə edib və ardınca mağazanın altını üstünə çevirib. Mağazanın içində və çölündə əşyalar, içkilər və hətta soyuducular  yerə atılıb və yararsız vəziyyətə salınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov