Belarus hakimiyyəti ölkədə ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir. 

"Unikal" "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

O, Kostyukoviçin sakinləri ilə görüşündə deyib: "Yəqin ki, bizim cəmiyyətimiz artıq Çernobıldan sonrakı sindromu dəf edib... Hələlik düşünürük ,biz ikinci stansiyanı tikməyi çox istərdik". 

Dövlət başçısı Minskin Belarus AES-ni tikməklə düzgün qərar qəbul etdiyinə əmin olduğunu bildirib.

Ağarza Elçinoğlu