İran İsrailə qarşı “Əsl vəd” əməliyyatından əvvəl və sonra Amerika tərəfinə mesajlar göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. 

"Biz amerikalılara açıq şəkildə bildirdik ki, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının İsrailə cavab qərarı qətidir. Həm hücumdan əvvəl, həm də sonra mesajlar mübadiləsi aparılıb. Bu bazar ertəsi təxminən saat 2:30-da biz diplomatik kanallarla ABŞ-yə növbəti mesaj göndərdik və bu mesajlarda Amerikaya açıq şəkildə bildirməyə çalışdıq ki, biz regionda gərginliyi artırmağa çalışmırıq. Bölgədə gərginliyi artıran İsrail rejiminin hərəkətləridir", - deyə nazir İRNA agentliyinə müsahibəsində qeyd edib. 

Ağarza Elçinoğlu