Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

“MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar Xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüququ sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, - deyə o əlavə edib.