Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel X sosial şəbəkəsindəki səhifəsində İlham Əliyevə yenidən Azərbaycan prezidenti seçilməsi ilə bağlı müraciət edib.

"Unikal" xəbər verir ki, o, “İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib və onun yeni mandatı ilə bağlı ən xoş arzularını çatdırıb. 

Biz həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələri və əməkdaşlığı, o cümlədən enerji sektorunu müzakirə etdik”, - Şarl Mişel qeyd edib.