Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Asif Məcidov 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi  təyin edilib. Bu təyinata qədər o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

O bildirib ki, 8 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə isə 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov təyin edilib. 

7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Anar Süleymanova həvalə olunub.

Murad İbrahimli