Xersonda bir sıra rus kanalları istifadəyə verilib. 

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk növbəyə daxil olan kanallar Xerson ərazisində fəaliyyətə başlayıb: "Birinci Kanal", "Rossiya 1", "NTV", "Beşinci Kanal", "Match TV", "Kultura", "Rossiya 24", "Karusel", "TVC" və "OTR". Həmçinin, şəhərdə ikinci rus multipleksinin kanalları yayımlanmağa başlayıb: "REN TV", "STS", "Spas", "TV-3", "Domashny", "TNT", "Muz-TV", "Friday", "Zvezda" və "Mir".

Bundan əlavə, Xersonda "Vesti FM" radiosunun da işə salındığı məlum olub.

Ağarza Elçinoğlu