Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra alman səfir Çin Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Almaniyanın Pekindəki səfiri Patrisiya Flor "X" hesabda açıqlama verib.

O, dörd alman vətəndaşının Çinin adından casusluq ittihamı ilə saxlanılmasının ardından XİN-ə çağırıldığını təsdiqləyib. Flor bu vəziyyəti həmsöhbətlərinə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib və hansı ölkədən olmasından asılı olmayaraq Almaniyada casusluq fəaliyyətinə dözmədiklərini vurğulayıb. 

Zərifə Nağıyeva