Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov deyib ki, Nikol Paşinyan Moskvaya mayın 8-də səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Paşinyan eyni zamanda, həmin tarixdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının samitinə sədrlik edəcək.