"Qərb ölkələrinin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

"Buna ABŞ Konqresinin nümayəndələri, Fransa və Britaniya rəhbərliyi, Baltikyanı ölkələrdən və Polşadan olan ayrı-ayrı dəlilər daxildir. Onlar həmçinin uktaynalılara tədarük etdikləri raket silahlarından bütün Rusiya ərazisində aktiv istifadəyə çağırırlar. Ukrayna sözügedən ölkələrinin birbaşa müharibəyə girməsinə səbəb olur, biz də buna cavab verməliyik". 

Medvedev əlavə edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.

Onun sözlərinə görə, Qərbdə hakimiyyəti ələ keçirmiş indiki "axmaq uşaqlar" bunu başa düşmürlər.

"Məhz buna görə də bu gün Baş Qərargah təlimlərə, o cümlədən qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqlarına hazırlıq işlərinə başlayıb. Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək. Baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq". 

Gülayə Mecid