Prokurorlar İon İlieskunu 1990-cı ilin iyununda nümayişin dağıdılmasına göstəriş verməkdə ittiham edirlər.

Rumıniya Baş Prokurorluğu keçmiş prezident İon İliyeskunu 1990-cı ilin iyununda Buxarestdə hökumət əleyhinə nümayişin dağıdılması ilə bağlı insanlığa qarşı cinayətlərdə rəsmən ittiham edib. 
“Unikal”
xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.
Baş Prokurorluğun müstəntiqlərindən ibarət qrup İlieskuya ittiham aktını çatdırmaq üçün Buxarestdə yaşadığı ünvanda olub, çünki o, qocaldığına görə (94 yaş) təkbaşına dindirilməyə gələ bilməyib.
Bir gün əvvəl prokurorlar keçmiş baş nazir Petra Roman, keçmiş baş nazirin müavini Qel Voikan Voikulesku, Rumıniya İnformasiya Xidmətinin (RSI, dövlət təhlükəsizliyi) keçmiş direktoru Virgil Maquryan və eyni iş üzrə daha dörd şəxsə qarşı eyni ittihamları irəli sürüblər.
Məlumata görə, 1990-cı il iyunun 11-12-də hakimiyyət Buxarestin mərkəzindəki Universitet meydanında müxalifətin çoxgünlük nümayişini dağıtmaq qərarına gəlib. Hakimiyyət orqanlarının bu hərəkətinə qanunsuz olaraq Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, RSİ-nin qüvvələri, eləcə də ölkənin bəzi rayonlarından 10 mindən çox mədənçi və digər fəhlələr cəlb edilib.