Rusiya Federasiyası Dövlət Dumasının deputatları miqrasiya məsələləri sahəsində səmərəliliyin artırılmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

"Unikal" xəbər verir ki, sənəd Dumanın elektron məlumat bazasında dərc edilib.

Məlumata görə, qanun layihəsində qanunvericiliyin müasirləşdirilməsinə, habelə miqrasiya sahəsində milli təhlükəsizliyin təmin olunmasına kömək edəcək bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Həmçinin, bir təqvim ili ərzində hər bir dövr ərzində əcnəbilərin Rusiya Federasiyasının ərazisində qalmasının maksimum müddətinin 90 günə endirilməsi təklif edilir.

Bu gün viza tələb etməyən əcnəbilər Rusiya Federasiyasında hər 180 gün müddətində 90 gün qala bilərlər.

Bundan əlavə, xarici vətəndaşların Rusiya ərazisində olmaları üçün ənənəvi mənəvi-əxlaqi dəyərlərə hörmət və daxili və xarici siyasətə qarışmamağı nəzərdə tutan məcburi şərtlərin tətbiqi təklif olunur.