ARB telekanalında çalışan aparıcı Aynur Bağırova övladını itirib.

"Unikal" xəbər verir ki, bu haqda müğənni Zenfira İbrahimova məlumat yayıb. O bildirib ki, Sevgi bu gün dünyasını dəyişib. 

 2 yaşı olan körpə uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün klinikalardan birində əməliyyat olunub. 

Qeyd edək ki, Aynurun 2021-ci ildə əkiz övladı dünyaya gəlmişdi. O, bir neçə ay sonra oğlunu itirmişdi.