Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabayeva bu həftə Putinin andiçmə mərasimində iştirak edib və onu açıq şəkildə tərifləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kabayeva adətən ictimaiyyətin diqqətindən kənarda qalsa da, bu həftə o, Putinin siyasətini dəstəklədiyini bildirərək ictimaiyyətə çıxış edib.

"Xüsusi hərbi əməliyyat keçirilir, asan deyil, mürəkkəb prosesdir, amma insanların seçkilərə gəlib prezidenti və onun siyasətini dəstəkləməsi çox böyükdür. Biz seçicilər görürük ki, liderimiz bizə güvənir. Bu, bizim bütün uğurlarımızın və qələbələrimizin əsasını xarici dövlətlər deyil, öz xalqımızdır", - deyə Kabayeva bildirib.

Alina Kabayeva 2004-cü il Olimpiadasında ölkəsinə qızıl medal qazandırdığı vaxtları xatırladaraq idmançılarla döyüşçülərin oxşar cəhətlərinə də toxunub: "İdmançı döyüşçü kimidir. Rəhbərlik hara get deyirsə, getməlisən. Əgər Sənə deyirlər ki, getmə, getməməlisən".

Xatırladaq ki, bu ilin əvvəlində “Daily Star” qəzeti Putinin iki gizli övladının anası Kabayeva ilə münasibətini kəsdiyini yazmışdı. İndi Putinin 39 yaşlı Yekaterina Mizulina ilə münasibətdə olduğu iddia olunur.