"Oser"in və Fransanın gənclərdən ibarət futbol komandasının keçmiş yarımmüdafiəçisi Fransua-Ksavye Fumou Tamuzo koronavirusa qarşı peyvənd hazırlayan Pfizer və BioNTech şirkətlərini məhkəməyə verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu vurdurduğu peyvəndlərdən sonra zədə alıb və bu səbəbdən 29 yaşında təqaüdə çıxmalı olub. 

Belə ki, fransız 2021-ci ilin yayında peyvənd olunub, bundan sonra o, diz vətərinin iltihabından və Axilles vətərinin qopmasından əziyyət çəkib. Futbolçu həkimlərlə əlaqə saxlayıb və həkimlər Tamuzonun zədələrinin peyvəndin yan təsirinin nəticəsi ola biləcəyini bildiriblər.

İlk məhkəmə iclası iyulun 2-də Parisdə keçiriləcək.

Tamuzo Portuqaliyanın "Maritimo" klubunda oynayıb və onun son klubu Fransa ikinci divizionunun "Laval" komandası olub.