Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib.

Unikal.org xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsindəki canlı yayımda bildirib.

Nikol Paşinyan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən namizəd olacağını da deyib.
Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır. Nikol Paşinyan isə müvəqqəti hökumət başçısı vəzifəsində vəzifələrini yerinə yetirməyə davam edəcək.