Şimali İrlandiyanın ən yüksək zirvəsi olan Morne dağında yanğın baş verib.

Unikal.org xəbər verir ki, 2 gün davam edən yanğını söndürmək üçün çox sayda xilasetmə qrupu və texnik avadanlıqlar dağın ətəyində toplanıb.

Şimali İrlandiya Yanğın Xilasetmə Xidməti baş verən hadisəyə görə insanları ərazidən uzaq durmağa və ziyarətləri dayandırmağa çağırıb.

Qeyd edək ki, Morne Dağları Şimali İrlandiyanın ən məşhur yerlərindən biridir və minlərlə turistin ziyarət etdiyi ərazidir.