Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətinin adları açıqlanıb.

Unikal.org xəbər verir ki, “AirlineRatings.com” portalı 2021-ci ildə 385 şirkətlə bağlı araşdırma aparıb.

Hava limanlarının reytinq cədvəli tərtib edilərkən qəzaların sayı, hava gəmilərinin standartları, uçuşun rahatlığı, innovasiyalar, pilotların təcrübəsi və digər amillər nəzərə alınıb.

Araşdırmanın nəticələrinə əsasən, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” hava yolları seçilib. Bundan əlavə, təhlükəsiz hava yollarının iyirmiliyinə “Qatar Airways”, “Air New Zealand”, “Singapore Airlines”, “Emirates, EVA Air”, “Etihad Airways”, “Alaska Airlines”, “Cathay Pacific Airways”, “British Airways”, “Virgin Australia/Virgin Atlantic”, “Hawaiian Airlines”, “Southwest Airlines”, “Delta Airlines”, “American Airlines”, “SAS”, “Finnair”, “Lufthansa”, “KLM” və “United Airlines” daxil edilib.