Dünyada koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 771 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı gündəlik hesabatında deyilir.

Məlumatda bildirilib ki, ötən sutka ərzində 771 527 nəfərdə koronavirus aşkarlanıb, 13 696 nəfər dünyasını dəyişib.

Dünyada virusa yoluxanların ümumi sayı 88 milyondan, ölənlərin isə 1,9 milyon nəfərdən çoxdur.