Türkiyədə son sutka ərzində 186 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 479 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 450, virusa yoluxanlar isə 2 307 581 nəfərə çatıb. Türkiyədə indiyədək 2 182 145 pasiyent (son sutkada 9894 nəfər) sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər Türkiyədə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir.