“WhatsApp” messencerindən istifadə şərtləri yenilənəcək.

Unikal.org xəbər verir ki, istifadəçilər bundan sonra messencerdən istifadəyə davam etmək üçün şəxsi məlumatlarını “Facebook” ilə paylaşmağa məcbur olacaq.

Xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, 2021-ci il fevralın 8-dən etibarən “WhatsApp” istifadəçiləri şirkətin yeni şərtləri ilə razılaşmalı olacaqlar.

Belə ki, messencerin “Facebook”a göndərəcəyi informasiya istifadəçi hesabı ilə bağlı qeydiyyat məlumatlarını (həmçinin telefon nömrəsi) və tranzaksiyalar haqqında xəbərləri əhatə edəcək. Həmçinin “Facebook”a istifadəçilərin mobil qurğuları haqqında informasiya, IP ünvanlar və sair bu kimi məlumatlar göndəriləcək.