Cənub-şərqi Asiyada yerləşən Malayziyada sel hadisəsi 8 nəfərin həyatına son qoyub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyanın 6 əyalətində sel fəlakəti yaşanıb. Şiddətli musson yağışları nəticəsində bu ərazilərdə bir çox yaşayış məntəqəsini su basıb.

8 nəfər həyatını itirib, 48 mindən çox insan isə evakuasiya olunaraq ölkənin digər regionlarına köçürülüb. Sellə yanaşı, ətraf çaylarda daşqın təhükəsi də davam edir. İnsanlara bununla bağlı xəbərdarlıq edilib.