Kriptovalyutaların qiymətində rekord artım qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bitkoinlər 41 min ABŞ dollarına təklif olunmağa başlayıb. Bu qiymət kriptovalyutaların tarixində rekord yüksək rəqəmdir. Vaxtaşırı qiymət dəyişiklikləri yaşanan birjalarda bu valyuta növünə tələbat artmaqdadır.

Kriptovalyutalara skeptik yanaşanlar da az deyil. Sonuncu dəfə bitkionlər bir neçə gün öncə qəfil ucuzlaşma ilə dəyər itirmişdi.