Türkiyədən Yunanıstana qaçmaq istəyən FETO üzvləri həbs edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yunanıstana qaçmağa çalışan təşkilat üzvlərinin ümumi sayı 6 nəfər olub.

Onlar qanunsuz yollarla Yunanıstan tərəfə keçməyə cəhd göstəriblər. Bu yolla məsuliyyətdən yayınmağa çalışıblar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Türkiyə sərhədçiləri FETO-çuları saxlamağa müvəffəq olub. Hazırda həbs edilmiş 6 nəfər barədə araşdırmalar davam etdirilir.