1984-cü ildə Hyu Uilson tərəfindən çəkilən məşhur komediya filmi "Polis akademiyası"nın ulduzu Merion Remsi vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində Lavern Huks obrazını canlandıran aktrisa 73 yaşında "Los-Ancelesdə dünyasını dəyişib. Aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Merion karyerasına müzkılla başlasa da "Polis akademiyası" canlandırdığı rolla məşhurlaşıb.